Şəki rayonunda mal-qara otaran 31 yaşlı kişini maşın vurub. Şəki rayonunda mal-qara otaran 31 yaşlı kişini maşın vurub.
  • Mahal
  • 5 Yanvar 2019 20:30
  •  2 134

Şəkidə mal-qara otaran kişini maşın vurub

Şəki rayonunda mal-qara otaran 31 yaşlı kişini maşın vurub.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun 1987-ci il təvəllüdlü Aran kənd sakini Məhərrəmov İlyas Tərvaz oğlu sağ baldır sümüyünün yerdəyişən sınığı xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı İ.Məhərrəmov kəndin inzibati ərazisində yol kənarında mal-qara otaran zaman minik maşını tərəfindən vurulduğunu bildirib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha əvvəl Goranboyda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

AzNews.az