- Mahal
 - 15 Mart 2019 20:41
 - 2 718
 
Bərdədə 47 yaşlı qadın fermada ölü tapıldı
            Ölümün səbəbi hələlik məlum deyil.
Bərdədə fermada meyit tapılıb.
Hadisə rayonun Çələbilər kəndində baş verib.
1972-ci il təvəllüdlü Süleymanova Sevinc Səlim qızı kənd ərazisində müvəqqəti məskunlaşdığı fermada ölü vəziyyətdə tapılıb.
Ölümün səbəbinin müəyyənləşdirilməsi üçün meyit Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. (trend)
AzNews.az