- Toplum
- 16:50
- 990
Gəncədə xəstəxanaya verilən 13 yaşlı qız uşaq müəssisəsinə yerləşdiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları ailəsi ilə birgə yaşamaq istəməyən və sığınacağa yerləşmək istədiyini bildirən 13 yaşlı Gəncə şəhər sakininin mövcud vəziyyətini qiymətləndirib.
Aznews.az xəbər verir ki, agentliyin əməkdaşları aidiyyəti qurumlarla birgə iş aparıb və uşaq sağlamlığı, həmçinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək.