Şirvanda 15 yaşlı oğlan itkin düşüb. Şirvanda 15 yaşlı oğlan itkin düşüb.
  • Mahal
  • 3 Aprel 2019 16:32
  •  1 818

15 yaşlı oğlan itkin düşdü

Şirvanda 15 yaşlı oğlan itkin düşüb.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan şəhər sakini Fəqan Cavadov martın 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində mavi rəngli cins şalvar, mavi rəngli gödəkcə və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.(ona.az)

AzNews.az