Qəza nəticəsində sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qəza nəticəsində sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
  • Mahal
  • 10 Aprel 2019 21:10
  •  1 819

Göyçayda yol qəzası: xəsarət alanlar var

Qəza nəticəsində sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Göyçay rayonunda yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 194-cü km-də, rayonun Qaraməryəm kəndində qeydə alınıb.

Belə ki, Göyçay rayonunun Şahsoltanlı kənd sakini Şaban İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili hərəkətdə olarkən qarşı tərəfdən gələn İsmayıllı rayonunun Qubaxəlilli kənd sakini Səbuhi Məmmədovun idarə etdiyi avtomobillə toqquşub.

Qəza nəticəsində sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az