Neftçala sakini oğluna bellə xəsarət yetirdi

Neftçala rayonunda ata ilə oğul arasında dava olub.

Oxu.Az-ın məlumatına görə, aprelin 13-də axşam saatlarında Yuxarı Qaramanlı kənd sakini, 1961-ci il təvəllüdlü Sakit Dilqat oğlu Kazımov aralarında baş vermiş münaqişə zəminində oğlu, 1990-cı il təvəllüdlü Zahid Kazımova başından bellə vuraraq ağır xəsarət yetirib.

Sonuncu ağır kəllə-beyin travması ilə Neftçala rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. S. Kazımov Neftçala prokurorluğunda ifadə verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az