Gəncə şəhərində “Fərqli fərdlər - autizm spektr pozulması olan uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib Gəncə şəhərində “Fərqli fərdlər - autizm spektr pozulması olan uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib
  • Mahal
  • 17 Aprel 2019 15:15
  •  2 177

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı seminar - FOTO

Gəncə şəhərində “Fərqli fərdlər - autizm spektr pozulması olan uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib

Beynəlxalq autizm ayı münasibətilə 13 aprel 2019-cu ildə Gəncə şəhərində “Göyərçin” Psixoloji və Nitq İnkişaf Mərkəzi ilə Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional ofisinin təşkilatçılığı ilə “Fərqli fərdlər - autizm spektr pozulması olan uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda seminar təşkil olunub.

AzNews.az xəbər verir ki, bu haqda məlumat Mərkəzin mətbuat xidmətindən verilib.

Məlumata görə, Məhsəti Gəncəvi Mərkəzində keçirilən seminarda Gəncə şəhərində təhsil alan psixologiya, ailə və ev təhsili fakültələrinin tələbələri, həmçinin, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri iştirak etmişlər.

Seminarın spikerləri ADPU-nun Korreksiyaedici təlim kafedrasının müdiri, dos.(p.ü.f.d) Nailə Hüseynova və kafedranın əməkdaşları Adilə Mürsəlova, Südabə İsgəndərova, Aytac İsgəndərova olmuşlar.

Spikerler seminarda autizm spektr pozulması olan uşaqların nitq xüsusiyyətləri və korreksiyası, autizimli uşaqların sosial adaptasiyası və reabilitasiyası mövzularında çıxış etdilər. Tədbirdə iştirakçılarla mövzu ətrafında müzakirələr və praktik işlər aparıldı.

“Göyərçin” Psixoloji və Nitq İnkişaf Mərkəzinin direktoru Dilarə Hacıyeva və Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin rəhbəri Gülnar Məmmədova çıxış edərək, tədbirin keçirilməsinin əhəmiyyəti, gələcəkdə bu sahədə keçirilməsi vacib olan seminarların davamlılığı barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.

Seminar iştirakçılar da tədbiri maraqla qarşılayaraq, cəmiyyətin bu mövzularda maariflənməsinin vacibliyini qeyd etdilər.

AzNews.az

image description image description image description