Yanğınsöndürənlər 3 ədəd məişət qaz balonunu təhlükəsiz əraziyə çıxarıb Yanğınsöndürənlər 3 ədəd məişət qaz balonunu təhlükəsiz əraziyə çıxarıb
  • Mahal
  • 19 Aprel 2019 10:36
  •  1 996

Xaçmazda ev yandı - Bütün əşyalar külə döndü

Yanğınsöndürənlər 3 ədəd məişət qaz balonunu təhlükəsiz əraziyə çıxarıb

Xaçmaz rayonunda yanğın hadisəsi qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, rayonunun Müqtədir qəsəbəsində 6 otaqlı tikili əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı həcmi 30 litr olan 3 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az