Ağstafa RPŞ tərəfindən araşdırma aparılır Ağstafa RPŞ tərəfindən araşdırma aparılır
  • Mahal
  • 16 İyul 2019 14:36
  •  2 179

Ağstafada “Mercedes” aşdı - Ölən var

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır

Ağstafa rayonunun Tatlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 15-də saat 18 radələrində Ağstafa rayonunun Tatlı kəndi ərazisində Qazax rayon sakini İsmət Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.(trend.az)

AzNews.az