Xəzər dənizində batmaq təhlükəsi olan 2 nəfər xilas edilib Xəzər dənizində batmaq təhlükəsi olan 2 nəfər xilas edilib
  • Mahal
  • 19 İyul 2019 14:24
  •  2 933

Ölümdən son anda qurtuldular - FOTOLAR

Xəzər dənizində batmaq təhlükəsi olan 2 nəfər xilas edilib

Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “VE-396” bort nömrəli “Yamaha - 48” tipli qayığının mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Qayıqdakı şəxslərin xilas edilməsi məqsədilə dövlət sərhədinin müha­fizəsində olan DSX Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə baş vermiş koordinatlara istiqamət götürüb, saat 12:10 radələrində Lənkəran rayonunun Vel kəndindən 2 mil məsafədə qayıq aşkar olunub və heyət üzvləri 12:35 radələrində xilas olunaraq sahilə çıxarılıblar.

AzNews.az

image description image description