Artıq festivala son hazırlıq işləri gedir Artıq festivala son hazırlıq işləri gedir
  • Mahal
  • 20 İyul 2019 12:41
  •  3 005

Gədəbəydə yaylaq festivalı keçiriləcək

Artıq festivala son hazırlıq işləri gedir

Gədəbəy rayonunda yaylaq festivalı təşkil olunacaq.

Yaylaq festivalı 26-28 iyul tarixlərində keçiriləcək. Artıq festivala son hazırlıq işləri gedir. Festivalın keçirilməsi üçün Miskinli yaylağının ərazisində yaradılacaq “Yaylaq Yurdu” adlı etnik qəsəbədə Yaylaq bazarı (kənd təsərrüfatı) və Sənətkarlıq guşəsi fəaliyyət göstərəcək.

Etnik qəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) təşkil ediləcək. Festivala çoxlu sayda yerli qonaqların və xarici turistlərin gəlməsi gözlənilir.