Şüşə qabların antisanitar şəraitdə yuyulur Şüşə qabların antisanitar şəraitdə yuyulur
  • Mahal
  • 22 İyul 2019 12:26
  •  2 108

Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən limonad sexi aşkarlandı

Şüşə qabların antisanitar şəraitdə yuyulur

Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən növbəti limonad sexi aşkarlanıb.

AzNews.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə şəhərində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirib. Baxış zamanı fiziki şəxs Mustafayev Mübariz Müşfiq oğluna məxsus sexdə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

“Gülazar” əmtəə nişanlı limonad istehsal olunan sexdə istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib.

Qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.

İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Faktla bağlı araşdırmalar davam edir.

Bahar

AzNews.az