Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Mahal
  • 17 Avqust 2019 23:45
  •  3 013

4 yaşlı uşaq yol qəzasının qurbanı oldu

Faktla bağlı araşdırma aparılır

Ağsu rayonunda azyaşlı uşaq yol qəzası zamanı dünyasını dəyişib.

Hadisə bu gün axşam saatlarında Ağsu şəhərinin Heydər Əliyev prospektində, şəhər 3 saylı tam orta məktəbin qarşısında qeydə alınıb.

"NİVA" markalı minik avtomobili qəflətən qaçaraq yola çıxan rayonun Zərqava kənd sakini, 4 yaşlı Məhərrəmova Nəzrin Eldost qızını vurub. Uşaq aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, hadisə zamanı uşağın anası küçənin kənarındakı gözəllik salonunda olub və nəzarətsiz qalan uşaq qəflətən avtomobil yoluna tərəf qaçıb.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az