Avqustda itkin düşmüş qadın və azyaşlı qızı tapılıb Avqustda itkin düşmüş qadın və azyaşlı qızı tapılıb
  • Mahal
  • 14 Sentyabr 2019 22:31
  •  1 709

Azyaşlı qızı ilə yoxa çıxan qadından xəbər var

Avqustda itkin düşmüş qadın və azyaşlı qızı tapılıb

Azyaşlı qızı ilə yoxa çıxan qadından xəbər var.

Anasıgilə gedəcəyini deyib azyaşlı qızı ilə evdən çıxan, lakin daha sonra itkin düşən Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova Qusar rayon polis şöbsənin əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Qadının həyat yoldaşı Elxan Talıbov bildirib ki, hazırda azyaşlı qızı da onların yanındadır. Ailədə heç bir narahatlıq yoxdur.

Qeyd edək ki, 32 yaşlı Rima Talıbova cari ilin avqust ayının 25-də səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasının evinə gedəcəyini bildirərək evdən çıxıb və Qusar rayonunda itkin düşmüşdü.(oxu.az)

AzNews.az