Yanğın kənd sakinləri tərəfindən söndürülüb Yanğın kənd sakinləri tərəfindən söndürülüb
  • Mahal
  • 15 Sentyabr 2019 17:57
  •  1 822

FHN-in yanğın söndürməyə gedən maşını çayda batdı - VİDEO

Yanğın kənd sakinləri tərəfindən söndürülüb

Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.

Ev sahibi Həbib Məmmədovhadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib.

Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.

Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir. (Report)

AzNews.az