Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar aparılır Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar aparılır
  • Mahal
  • 22 Oktyabr 2019 11:34
  •  2 126

Qusarda dərəyə düşən şəxsin meyiti tapıldı - YENİLƏNİB

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar aparılır

Qusarda dərəyə düşən şəxsin meyiti tapılıb.

1987-ci il təvəllüdlü Saruxanov Sərxan Sahib oğlunun cəsədi Kuruq kəndinin dərəsi adlanan yerdə aşkarlanıb.

Ərazi sərt qayalıqdan ibarət olduğu üçün onun meyitinin çıxarılmasına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar aparılır.

Saat 11:20

Qusar rayonunun Buğur kəndi ərazisində bir nəfər yıxılaraq dərəyə düşüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, oktyabrın 21-də saat 18:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qusar rayonunun Buğur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşdüyü ehtimal olunur.

Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

AzNews.az