Ağsu aşırımında yük maşını aşdı: ölən və xəsarət alan var - YENİLƏNİB

Faktla bağlı araşdırma aparılır

Ağsu rayonunda yük avtomobilinin aşması nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində yük avtomobilinin aşması nəticəsində Qobu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tahir Kamil oğlu və Sumqayıt sakini, 1993-cü il təvəllüdlü Abdullayev Rasim Rüstəm oğlu xəsarətlə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq Tahir Rüstəmov xəstəxanada dünyasını dəyişib.

***

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində qeydə alınıb. Yük avtomobilinin aşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Yaralılar Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

AzNews.az