• Mahal
  • 16 Dekabr 2019 10:41

Qusarda bir ailənin 8 üzvü qutabdan zəhərləndi: 5-i uşaqdır

Faktla bağlı araşdırma aparılır

Dekabrın 15-i gecə saatlarında beşi uşaq olmaqla, bir ailənin 8 üzvü qida zəhərlənməsi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Rayonun Qələcuq kənd sakinləri – 1963-cü il təvəllüdlü Ağaəfəndi Ağakişiyev, 1989-cu il təvəllüdlü Aygün Ağakişiyeva, Nəsibə Ağakişiyeva, 9 yaşlı Lalə, 8 yaşlı Məhəmmədəli, 7 yaşlı Mədinə, 5 yaşlı Seyidəli, 1 yaşlı Şəfa evdə yedikləri göy qutabından zəhərləniblər.

Xəstəxanada müvafiq tibbi yardım göstərildikdən sonra ailə üzvlərinin vəziyyətləri normallaşıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalov bildirib ki, zəhərlənənlərin həyatı üçün heç bir təhlükə yoxdur və onlar bu gün səhər saatlarında evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az