Məlumatlar əsassızdır Məlumatlar əsassızdır
  • Mahal
  • 28 Dekabr 2019 19:00
  •  4 127

Təhsil şöbəsi Şəkidə kitabların direktor tərəfindən yandırılması məlumatına münasibət bildirib

Məlumatlar əsassızdır

Şəki Şəhər Təhsil Şöbəsi rayonun Daşüz kənd tam orta məktəbinin şagirdlərinə paylanılan bədii kitabların direktor tərəfindən yandırıldığı iddiası ilə bağlı yayılan məlumatalara münasibət bildirib.

Şəki Şəhər Təhsil Şöbəsindən bildirilib ki, ötən gün sosial şəbəkələrdə Şəki rayon Daşüz kənd tam orta məktəbinin şagirdlərinə paylanılan bədii kitabların direktor tərəfindən yandırılması barədə əsassız məlumatlar yayılıb:

"Bununla bağlı bildiririk ki, dekabrın 26-da bir qrup şəxs məktəbin ərazisindən kənarda şagirdlərə kitablar təklif edib. Onlardan bəziləri kitabları qəbul edib, digərləri isə həmin kitabları almaqdan imtina edib. Qeyd edək ki, bu kitablar Kristin Hannahın türk dilində “Bin ömrüm olsa” adlı romanı, Viktor Hüqonun “Kozetta” əsəri, Kahraman Tazeoğlunun ”Bambaşka” romanı və digər kitablar olub. Dərsliklərin pulla satılması məsələsinə gəldikdə isə bildiririk ki, şagirdlər sentyabrın ilk on günlüyündə məktəb tərəfindən dərsliklərlə tam və pulsuz təmin olunub". (Report)

AzNews.az