Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş O.Mərdanovdan qaz tapançası götürülüb Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş O.Mərdanovdan qaz tapançası götürülüb
  • Mahal
  • 21 Yanvar 2020 17:48
  •  5 573

Gəncə və Cəlilabad sakinlərindən silah-sursat götürülüb

Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş O.Mərdanovdan qaz tapançası götürülüb

Gəncə və Cəlilabad sakinlərində silah-sursat aşkarlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş O.Mərdanovdan qaz tapançası götürülüb.

Davam etdirilən tədbirlərlə onun evindən isə “AK-74” markalı silah, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini R.Əmənovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-58” markalı ov tüfəngi götürülüb.

AzNews.az