Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Mahal
  • 12 Fevral 2020 10:00
  •  4 273

Ana azyaşlı oğlunu şişlə yandırdı

Faktla bağlı araşdırma aparılır

Tərtər rayonunda ana azyaşlı oğlunu şişlə yandırıb.

AzNews.az “Report"a xəbərinə, hadisə rayonun Azadqaraqoyunlu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb.

O, şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb.

Daha sonra uşağın atası R.Dünyamalıyev hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.