- Mahal
- 3 İyun 2020 10:00
- 4 063
Cəlilabadda məktəbli çayda boğulub öldü
Araşdırma aparılır
Cəlilabad rayonunda yeniyetmə çayda boğulub.
AzNews.az-ın məlumatına görə, hadisə rayon ərazisindəki Göytəpə çayında baş verib.
Rayonun Göytəpə şəhəri, M.Əzizbəyov küçəsində yaşayan, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Şəbiyev İlqar Zülfüqar oğlu heyvan otaranda Göytəpə çayını keçmək istəyərkən çaya yıxılıb. Nəticədə İ.Şəbiyev boğularaq ölüb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.