Qalib şirkətə 287,9 min manat ödəniləcək Qalib şirkətə 287,9 min manat ödəniləcək
  • Mahal
  • 9 İyun 2020 18:32
  •  4 673

Yevlaxda Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi açılacaq

Qalib şirkətə 287,9 min manat ödəniləcək

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Yevlax şəhərində KOB İnkişaf Mərkəzinin fəaliyyətə başlaması üçün təşkilati işlərin görülməsi, Mərkəzdə KOB subyektlərinə təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətlərinin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

AzNews.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Yerli İdarəetməyə Yardım" İctimai Birliyidir.

Qalib şirkətə 287,9 min manat ödəniləcək.