Sabirabadda baş verən qəzada ölənlərin kimliyi məlum olub

Sürücü polis tərəfindən saxlanılıb

Sabirabadda baş verən qəzada ölənlərin kimliyi məlum olub.

Hadisə Sabirabad şəhərinin girişində baş verib.

Sabirabad sakini, Kamran Nəsirli sürətlə idarə etdiyi "Mercedes" markalı, 99 BS 755 dövlət nömrə nişanlı avtomobillə yolu keçərək qoşa xəttin üstündə dayanan, 1948-ci il təvəllüdlü Əliyeva Banu Məhəmməd qızı və onun qızı, 1971-ci il təvəllüdlü Niftəliyeva Hədiyyə Ağabala qızını vurub. Ana və qızı aldıqları xəsarətlərdən hadisə yerindəcə keçiniblər. Onlar Sabirabad xəstəxanasının işçiləri olub.

Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur. Sürücü polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. (APA)

AzNews.az