Bu barədə ANAMA-dan məlumat verilib Bu barədə ANAMA-dan məlumat verilib
  • Mahal
  • 20 Avqust 2020 20:25
  •  3 438

Astarada qumbara tapılıb

Bu barədə ANAMA-dan məlumat verilib

Avqustun 20-də saat 11:20-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Astara rayonu, Şiyəkəran kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Bu barədə AzNews.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Astara rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Astara rayon Mərkəzi Xəstəxananın Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib.Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.