• Mahal
  • 6 Sentyabr 2020 13:11
  •  1 924

Qazax sakinini elektrik cərəyanı vurub

Faktla bağlı araşdırma aparılır

Qazaxda 45 yaşlı kişini elektrik cərəyanı vurub.
AzNews.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb. Kənd sakini Murad Kosayev yaşadığı evin elektrik xəttində yaranmış nasazlığı aradan qaldırmaq istəyən zaman ehtiyatsızlıqdan elektrik xəttinə toxunub. Nəticədə onu cərəyan vurub.
M.Kosayev xəstəxanaya aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.