DİN məlumat yayıb DİN məlumat yayıb
  • Mahal
  • 7 Aprel 2021 09:01
  •  5 932

Polis koronavirusa yoluxan sakinləri ziyarət edib

DİN məlumat yayıb

Gədəbəydə koronavirus xəstələri ilə profilaktiki görüş keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan, ev şəraitində müalicə alan rayon sakinlərini ziyarət edib.

Xüsusi geyimli və müəyyən edilmiş tibbi qaydalara riayət edən polis əməkdaşları ziyarət zamanı vətəndaşlarla profilaktiki söhbətlər aparıb, onlara sağalana qədər yaşayış yerlərini tərk etməmələri bildirilib. Hər hansı bir sosial və digər məsələlərlə bağlı DİN-in “102 Zəng Mərkzi” Xidmətinə və ya Gədəbəy RPŞ-yə müraciət edə biləcəkləri vurğulanıb.