Məhkəmə-tibb ekspertizası təyin olunub, araşdırma aparılır Məhkəmə-tibb ekspertizası təyin olunub, araşdırma aparılır
  • Mahal
  • 9 İyul 2021 22:50
  •  6 419

Lerikdə istirahət mərkəzində işçinin meyiti TAPILDI

Məhkəmə-tibb ekspertizası təyin olunub, araşdırma aparılır

Lerikdə istirahət mərkəzində ölüm hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, Lerik rayon prokurorluğundan verilən məlumata görə, hadisə bu gün saat 18 radələrində Lerik rayonu ərazisində 'Relax' istirahət mərkəzində baş verib. Mərkəzdə çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olub. Lerik rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub. Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.

İctimaiyyətə ətraflı məlumat veriləcəkdir.