Hadisə yerinə FHN-in Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 3 texnikası cəlb olunub Hadisə yerinə FHN-in Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 3 texnikası cəlb olunub
  • Mahal
  • 19 İyul 2021 09:00
  •  7 249

Azərbaycanda güclü yanğın, maşınlar kül oldu - FOTO

Hadisə yerinə FHN-in Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 3 texnikası cəlb olunub

Ucarda baş verən yanğında 2 avtomobil yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə səhər saatlarında rayonun Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.

Rayon sakini, 1957-ci il təvəllüdlü Aydın Əhəd oğlu Əhədova məxsus evə bitişik ümumi sahəsi 145 kv/m olan artırmada güclü yanğın baş verib. Yanğın zamanı ev sahibinin "Mercedes" markalı minik maşını, ev sahibinin oğlu, 1991-ci il təvəllüdlü Zamiq Əhədzadəyə məxsus "Hyundai" markalı avtomobil yanıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 3 texnikası cəlb olunub. Yanğın söndürülüb və ev də daxil olmaqla yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

image description image description image description