• Mahal
  • 23 İyul 2021 18:35
  •  8 044

Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb

7 ədəd avtomat, 1 ədəd pulemyot, 1 ədəd “Foqot” qurğusu, 35 ədəd müxtəlif növ qumbara...

Azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Aznews.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı cari ilin iyul ayı ərzində rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 7 ədəd avtomat, 1 ədəd pulemyot, 1 ədəd “Foqot” qurğusu, 35 ədəd müxtəlif növ qumbara, 30 ədəd müxtəlif növ mərmi və 4850 ədəd ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.