O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib
  • Mahal
  • 25 İyul 2021 18:45
  •  5 312

Daşkəsəndə toyda gənc bıçaqlanaraq qətlə yetirilib

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib

Daşkəsəndə qətl hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə rayonda "Köhnə stadion" adlanan ərazidə keçirilən toy məclisində qeydə alınıb.
İlkin məlumata görə, rayonun Alaxançalı kənd sakini 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu toyda tanışı tərəfindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışlara başlanıb.
Faktla bağlı araşdırma aparılır.