• Mahal
  • 26 İyul 21:17
  •  2 032

Samuxda şadlıq evinin sahibi cərimələnib, 30 nəfər toya buraxılmayıb

Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 30 nəfər restorana buraxılmayıb

Samux Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində monitorinq aparıb, bəzilərində qaydaların pozulduğunu aşkarlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan Aznews.az-a verilən məlumata görə, “Çıraq Palace” şadlıq sarayında keçirilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib. Obyekt sahibi Mətləb Abbasov barəsində inzibati protokol tərtib edilib.

Rayon ərazisində fəliyyət göstərən “Paris” şadlıq sarayında isə keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportunun olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 30 nəfər restorana buraxılmayıb.

Bundan başqa, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Alıncalı və Sarıqamış kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.