- Mahal
- 1 Avqust 2021 23:46
- 6 419
Cəlilabadda yük maşını aşdı, sürücü öldü

Sərnişin isə müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib.
Aznews.az xəbər verir ki, rayonun Zəhmətabad kəndində idarəetmədən çıxan "QAZ-69" markalı yük maşını aşıb. Nəticədə sürücü, Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1990-cı il təvəllüdlü Sadəddin Tağıyev isə müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.