Doğulan uşaq isə yaşayır Doğulan uşaq isə yaşayır
  • Mahal
  • 13 Sentyabr 2021 23:28
  •  6 305

Cəlilabadda ana doğuşdan sonra dünyasını dəyişdi

Doğulan uşaq isə yaşayır

Cəlilabad rayonunda ana doğuşdan sonra vəfat edib.

Aznews.az xəbər verir ki, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Həziyeva Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin Perinatal şöbəsində qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirdikdən sonra ölüb.

Doğulan uşağın yaşadığı bildirilir. Bu, qadının ilk hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.