Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb
  • Mahal
  • 24 May 2022 10:51
  •  5 053

Anar Bağırovun iştirakı ilə İsmayıllıda ödənişsiz hüquqi yardım aksiyası keçirilib

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb

Həyata keçirilən silsilə ödənişsiz hüquqi yardım aksiyalarının davamı olaraq, 23 may 2022-ci il tarixində Milli Məclisin deputatı Novruzəli Aslanovun təşəbbüsü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı rayonunda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Milli Məclisin deputatı Novruzəli Aslanov və “Pro Bono” vəkil bürosunun vəkilləri iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Aksiya zamanı Vəkillər Kollegiyasının sədri Anar Bağırov, “Pro Bono” vəkil bürosunun müdiri Şahmar Məmmədov və büronun vəkilləri tərəfindən 40 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilib, onları maraqlandıran suallar cavablandırılıb, mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunub.

Qeyd edək ki, müraciətlərin böyük hissəsi sosial təminat, ailə-məişət məsələləri, əmlakların özəlləşdirilməsi və s. hüquq sahəsi və bu sahədəki mübahisələr ilə bağlı olub.

image description image description image description image description image description image description