- Mahal
- 18 Yanvar 2025 17:24
- 6 117
İmişlidə xuliqanlıq hərəkətləri törədən şəxslər saxlanılıb
İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar.
Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.