Yuxarı Qarabağ su kanalında batan Yevlax sakininin meyiti tapıldı

Yevlaxda su kanalında boğulan şəxsin meyiti tapılıb.

Aznews.az xəbər verir ki , Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində meyit tapılaraq sudan çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.