““Microsoft” və “Google”un Rusiyaya qarşı sanksiyalara qoşulması ailə xəyanəti və heyvandarlıqla müqayisə oluna bilər”. ““Microsoft” və “Google”un Rusiyaya qarşı sanksiyalara qoşulması ailə xəyanəti və heyvandarlıqla müqayisə oluna bilər”.

“Onların etdiyi ər-arvad xəyanətinə bənzəyir” – Putinin müşaviri

““Microsoft” və “Google”un Rusiyaya qarşı sanksiyalara qoşulması ailə xəyanəti və heyvandarlıqla müqayisə oluna bilər”.


AzNews.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin internet üzrə müşaviri German Klimenko deyib.

"Bu, arvadın ərini başqa bir qadınla görməsinə bənzəyir. Siz sonra istədiyiniz qədər and içə bilərsiniz, lakin güvən artıq itirilib", - deyə müşavir qeyd edib.

Onun sözlərinə görə, bütün Rusiya üzrə 22 min bələdiyyə müəssisəsi "Windows"u dərhal "Linux" əməliyyat sisteminə dəyişməyə hazırdır. Klimenko onu da bildirib ki, "Microsoft", "Google" və digər amerikan şirkətləri geri dönüşü olmayan nöqtəyə çatıblar.
Məlumat üçün bildirək ki, dünyanın nəhəng şirkətlərindən olan "Microsoft" və "Google" Rusiyaya qarşı sanksiyalara qoşulub.

Aydan AXUNDOVA