CNN: Vens ermənilərin “soyqırımı” ilə bağlı paylaşımını silib

ABŞ-ın vitse-prezidenti Cey Di Vens “X” (keçmiş Twitter) sosial şəbəkəsində erməni xalqının soyqırımı ilə bağlı paylaşım edib, lakin qısa müddət sonra həmin postu silib.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Bildirilir ki, siyasətçinin hesabında fevralın 10-da həyat yoldaşı Uşa ilə birlikdə İrəvandakı “Sitsərnakaberd” memorial kompleksində əklilqoyma mərasimində iştirakını əks etdirən foto paylaşılıb. Şəklin altında tədbirin 1915-ci ildə ermənilərin soyqırımı qurbanlarının xatirəsinə həsr olunduğu qeyd edilib.

Lakin qeyd olunan ifadə ABŞ Prezidenti Donald Tramp administrasiyasının mövqeyi ilə uyğun gəlmir. Belə ki, Ağ Ev rəsmi açıqlamalarında “soyqırımı” terminindən istifadə etməkdən yayınır.

Mövsüm,

AzNews.az