9 ildə ilk dəfə olaraq restoranlar şəbəkəsinin satış faizləri asağı düşüb 9 ildə ilk dəfə olaraq restoranlar şəbəkəsinin satış faizləri asağı düşüb

McDonald`s iflasa uğrayır?

9 ildə ilk dəfə olaraq restoranlar şəbəkəsinin satış faizləri asağı düşüb


Son 9 ildə ilk dəfə olaraq McDonald`s restoranlar şəbəkəsi satış həcminin azalmasını bəyan edib. Oktyabrda dünya üzrə şirkətin gəliri 1,8 faiz azalıb.

Avropada restoranlar şəbəkəsinin satışı 2,2 faiz, Asiya, Afrika və Yaxın Şərq ölkələrində 2,4 faiz azalıb.
Şirkətin aksiyaları da 15 faiz düşüb. Bunun səbəbini şirkət rəhbərliyi dünya iqtisadiyyatındakı çətin durum və yüksək rəqabətlə izah edir.

Bu durumda McDonald`s-ın rəqiblərinin də müəyyən "rolu" olub. Burger King, Taco Bell, Wendy`s şirkətləri menyuya yeni ərzaqlar əlavə etdikdən sonra alıcılarının sayı çoxalıb.

Şirkət rəhbərliyi çıxış yolunu yeni reklam kampaniyasında görür. Kampaniya çərçivəsində hər yemək növünün
qiyməti bir dollar olacaq.

McDonald`s-da ümid edirlər ki, durum müvəqqətidir və hər şey tez bir zamanda yoluna düşəcək.

AzNews.az