Moldovanın paytaxtı Kişinyovda baş verən iğtişaşlar zamanı 14 polis əməkdaşı ağır yaralanıb. Moldovanın paytaxtı Kişinyovda baş verən iğtişaşlar zamanı 14 polis əməkdaşı ağır yaralanıb.

Moldovada aksiya: Hökumət binasını mühasirəyə alındı - 14 polis yaralandı (Yenilənib)

Moldovanın paytaxtı Kişinyovda baş verən iğtişaşlar zamanı 14 polis əməkdaşı ağır yaralanıb.


Bu barədə Moldova polisinin nümayəndəsi Tamara Prokopiy bildirib.

"14 polis əməkdaşı zərər çəkib. Ağır bədən xəsarətləri alan 4 asayiş keşikçisi DİN hospitalına yerləşdiriliblər", deyə T.Prokopiya qeyd edib.

Qarşıdurma etirazçıların hakim Demokratik partiyasının sədr müavini Vladimir Plaxotnyukun evi qarşısında aksiya keçirməyə cəhd etdikləri zaman baş verib.

Aksiyaçılar növbədənkənar seçki və Vladimir Plaxotnyukun cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.

***
18:28

Moldovanın paytaxtı Kişinyovda keçirilən hökumət əleyhinə aksiyada qətnamə qəbul ediləndən sonra aksiyaçılar hökumət binasını mühasirəyə almaq barədə qərar qəbul ediblər.

"Ləyaqət və Həqiqət" platformasının lideri Andrian Nestase deyib ki, hakimiyyət özünü təcrid edib, milyardlar oğurlayıb, xalq isə yoxsulluq içərisində yaşayır.

A. Nestase bildirib ki, artıq 1 ildir ki, aksiya keçirirlər, ancaq hakimiyyət onları eşitmir.

Aksiyaçılar növbədənkənar seçki və hakimiyyətin istefası ilə bağlı şüarlar səsləndirir, eyni zamanda ölkədəki Avropayönümlü partiyaların koalisiyasının arxasında durduğunu düşündükləri oliqarx Vladimir Plaxotnyukun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər. Daha sonra aksiyaçılar hökumət binasını əhatəyə almağa qərar veriblər. Yüzlərlə polis hökumət binası ətrafında həlqə yaradıb, aksiyaçıların binaya yaxınlaşmasına Mane olmağa çalışırlar. Hələ ki, aksiyaçılar və polislər özlərini təmkinli aparır, hər hansı qarşıdurma qeydə alınmayıb.

Təşkilatçılar aksiyada 30 minə qədər, polis isə 10 minə qədər insanın iştirak etdiyini bildirir. Polis aksiya təşkilatçıların nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı və Kişinyova gəlmək istəyən insanların əhəmiyyətli qisminin qarşısının alındığı barədə ittiahmı da qəbul etmir. Bununla belə, hazırda Kişinyovun mərkəzində hərəkət tamamilə dayandırılıb, marşrut avtobusları və trolleybuslar hərəkət etmir. Şəhərin bir rayonundan digərinə yalnız taksi ilə getmək mümkündür.


APA