ABŞ-ın Londondakı səfirliyi 3 aylıq uşağı terrorçuluq şübhəsi ilə sorğuya çağırıb. ABŞ-ın Londondakı səfirliyi 3 aylıq uşağı terrorçuluq şübhəsi ilə sorğuya çağırıb.

3 aylıq “terrorçu” ABŞ səfirliyinə - sorğuya çağırıldı

ABŞ-ın Londondakı səfirliyi 3 aylıq uşağı terrorçuluq şübhəsi ilə sorğuya çağırıb.

AzNews.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, viza almaq üçün səfirliyə müraciət edən 62 yaşlı Pol Kenyon öz 3 aylıq nəvəsinin adından doldurulmaq üçün verilən anketdə “terror təşkilatları ilə hər hansı bir əlaqəniz varmı?” sualının qarşısında səhvən təsdiq olan yerə işarə qoyub.

Bundan sonra Kenyonun 3 aylıq nəvəsi ABŞ səfirliyin çağırılıb.

Əvvəlcə istədim ki, uşağı narıncı (ABŞ-da məhbusların geyim rəngi-red.) paltar geyindirib aparıb. Amma sonra başa düşdüm ki, səfirlik əməkdaşlarının yumor hissi o qədər də güclü deyil, buna görə də fikrimdən daşındım.

Babasının sözlərinə görə, 3 aylıq Harvi sorğu zamanı özünü çox sakit aparıb:

Nəvəm heç ağlamadı. Görünür, o, heç bir kəşfiyyata aid deyil. Sadəcə bir neçə bezlə bağlı təxribat oldu. Amma səfirlik əməkdaşları bunu hiss etmədi.

Vizanı vaxtında ala bilməmək səbəbindən 62 yaşlı babanın bu səhvi ailyə 3500 avroya başa gəlib.