Mançestr terrorçusu partlayışdan əvvəl Liviyada olub

Böyük Britaniyanın Mançestr şəhərində konsert zamanı partlayış törədən kamikadze Salman Abedinin bir neçə gün əvvəl Liviyada olduğu məlum olub.

AzNews.az "The Times" nəşrinə istinadən xəbər verir ki, hazırda Abedinin Liviyada hərbi düşərgələrdə təlim keçib-keçmədiyi araşdırılır. “İŞİD” və “Əl-Qaidə” terror təşkilatları bu ölkənin hakim qüvvələrinə qarşı mübarizə aparmaq üçün birləşib.

Maraqlıdır ki, Böyük Britaniya xüsusi kəşfiyyat orqanları Abedinin Liviya gedib daha sonra Mançestrə qayıtdığını bilib, amma heç bir tədbir görməyib.