Gəncliyində pornoqrafik məzmunlu videolar çəkən qadın Amerikada müzakirələrə səbəb olub. Gəncliyində pornoqrafik məzmunlu videolar çəkən qadın Amerikada müzakirələrə səbəb olub.

Qadın polisin pornoqrafik videoları yayıldı - İşdən çıxarılacaq

Gəncliyində pornoqrafik məzmunlu videolar çəkən qadın Amerikada müzakirələrə səbəb olub.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Polis Akademiyasının məzunu olmadan 4 il əvvəl pul qazanmaq üçün porno videolar çəkən Kristen Hymanın keçmişinin ortaya çıxması qalmaqala səbəb olub. 30 yaşındakı qadın polis məmurunun ortaya çıxan videoları onun haqqında istintaq açılmasına səbəb olub. Fərqli vəziyyətlərdə çəkilən videoları ortaya çıxan Hyman, New York Post qəzetinə danışıb. Hyman, "Keçmişdə etdiklərimdən görə peşman deyiləm. Bunun mənim işimlə heç bir əlaqəsi yoxdur "deyib. Qadın polis məmurunun işə müraciət müddətində yalan söylədiyi və keçmişini gündəmə gətirmədiyi ifadə edilib.

Çəkdiyi filmlərdə "Domina Nyx Blake" adını istifadə edən və bunun sayəsində dolanışığını təmin edən Hyman, həyatını davam etdirmək üçün bu işi zərurətdən etdiyini dilə gətirib.

İstintaq davam edərkən mütəxəssislər, işə girərkən keçmişini gizlədiyi üçün Hymanın vəzifəsindən azad ediləcəyi ehtimalının yüksək olduğunu açıqlayıb.