Misirin müxalifət hərəkatı olan “6 aprel” hərəkatı ölkə prezidenti Məhəmməd Mursini kosmosa göndərmək qərarına gəlib. Misirin müxalifət hərəkatı olan “6 aprel” hərəkatı ölkə prezidenti Məhəmməd Mursini kosmosa göndərmək qərarına gəlib.

Müxalifət prezidenti Kosmosa göndərir

Misirin müxalifət hərəkatı olan “6 aprel” hərəkatı ölkə prezidenti Məhəmməd Mursini kosmosa göndərmək qərarına gəlib.




"France-Presse"in məlumatına görə, hərəkatçılar Mursinin adını kosmosa səyahət qazandıracaq bir müsabiqənin iştirakçıları sırasına daxil ediblər.

Belə ki, dezodorant istehsalçısı olan bir şirkət yanvar ayında müsabiqə elan edərək ən çox səs qazanan 25 şəxsə kosmosa səyahət vəd edib. "axeapollo.com" saytında ən çox səs toplayan şəxslərə bu imkan veriləcək. Misirli müxalifətçilər də bundan istifadə edərək Mursini kosmosa göndərmək qərarına gəliblər.

Müxalifətçilər Murisinin Yerdə verdiyi vədlərə əməl etmədiyini bildirərək onun Aya göndərilməsi üçün bütün misirliləri səs verməyə çağıran bəyanat yayıblar.
Müxalifətçi gənclər hətta Musinin skafandrla çəkilən şəklini də məlumata əlavə ediblər.

Elnarə Əlosmanqızı
AzNews.az