“WhatsApp”da milyonlarla istifadəçinin gözlədiyi yenilik artıq təqdim olunub. “WhatsApp”da milyonlarla istifadəçinin gözlədiyi yenilik artıq təqdim olunub.

İndi “WhatsApp”da təsadüfən göndərilən mesajları silmək mümkündür

“WhatsApp”da milyonlarla istifadəçinin gözlədiyi yenilik artıq təqdim olunub.

AzNews.az xəbər verir ki, istifadəçilərə “WhatsApp”da göndərilən mesajları silmək imkanı yaradılıb.

Bu yeni xüsusiyyətlə istifadəçilər kiməsə bilməyərəkdən göndərdikləri mesajları 7 dəqiqə keçməmiş asanlıqla silə bilərlər. Bu funksiya şəxsi və qrup mesajlarını dəstəkləyir. Silinmiş mesajlardan sonra "bu mesaj silinib" xəbərdarlığı qalacaq. Bunun üçün ekranda əlavə parametrlərdən ibarət zolaq çıxanadək barmağı mesajın üzərində saxlamaq lazımdır. İstifadəçi səbət nişanının üzərinə basmaqla mesajı silə bilər.

Yeni funksiya “WhatsApp” messencerinin son versiyasında işləyir.