Amerikanın ən böyük lüğətinin yaradıcıları bu ilin əsas sözünü müəyyənləşdiriblər. Amerikanın ən böyük lüğətinin yaradıcıları bu ilin əsas sözünü müəyyənləşdiriblər.

2017-ci ildə ən çox işlənən söz

Amerikanın ən böyük lüğətinin yaradıcıları bu ilin əsas sözünü müəyyənləşdiriblər.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Merriam-Webster 2017-ci ilin ən çox işlənən sözü kimi "feminizm"i seçiblər.

Oksford lüğəti isə bu ilin termini kimi "posthəqiqət" sözünü seçib.

"Feminizm" termininə gəldikdə, bu ilin yanvarından başlayaraq ABŞ-da qadınların küçə yürüşlərinin artması feminizmə maraq oyadıb.

Bununla yanaşı, sosial şəbəkələrdə qadınların zorakılığa məruz qalması faktları çoxaldığı üçün feminizm gündəmi zəbt edib.

Bununla yanaşı, "empatiya", "qiroskop", "federalizm" və "qasırğa" kimi terminlər də ən çox işlənən sözlər sırasındadır.