"Karlov üçün ən yaxşı abidə Rusiya-Türkiyə yaxınlaşması ola bilər" - Səfir

Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun faciəli ölümündən bir il keçir.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Türkiyədəki yeni səfiri Aleksey Yerxov sələfinin faciəli ölümünün bir ilində iki ölkə arasındakı münasibətlərdən danışıb.

"Səfirlikdə mərhum diplomatın xanımı Marina Karlovanın iştirakı ilə Karlovun büstü açılıb. Bu abidə bütün dünyada Rusiya diplomatik xidmətinin nümayəndələrinin faciəli sonluğunun göstəricisidir. Ancaq ən yaxşı abidə Rusiya-Türkiyə münasibətlərinin müsbət istiqamətdə inkişafıdır", – rus diplomat belə deyib.

Qeyd edək ki, səfir Andrey Karlov ötən ilin dekabrın 19-da Ankarada fotosərginin açılışı zamanı öldürülüb. Ona hücum edən polis - Mövlud Mərt Altıntaş - məhv edilib. Rusiya xarici dairələrində bu hadisə terror aktı kimi qiymətləndirib. Rusiya İstintaq Komitəsi "Beynəlxalq terrorizm aktı" maddəsi ilə cinayət işi qaldırıb. Karlov ölümündən sonra Rusiya qəhrəmanı adına layiq görülüb.