Rusiyanın paytaxtı Moskvada güclü duman hava reyslərinin ləngiməsinə səbəb olub. Rusiyanın paytaxtı Moskvada güclü duman hava reyslərinin ləngiməsinə səbəb olub.

Moskvada hava reysləri təxirə salındı

Rusiyanın paytaxtı Moskvada güclü duman hava reyslərinin ləngiməsinə səbəb olub.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, səhər saatlarından pis hava şəraiti ucbatından reyslər ləngiyir.

Vnukovo hava limanında 4, Şeremetyevo aeroportunda isə 5 reys ləngiyir.

Domodedovo hava limanında 9 reys ləngiyir, 18 reys isə ümumiyyətlə ləğv edilib.

Hava proqnozuna görə, bu gün Moskvada 1 və 3 dərəcə isti olacaq.