İsveç şahzadəsi Lilian dünyasını dəyişib. 97 yaşında vəfat edən şahzadə Stokholmdakı evində vəfat edib İsveç şahzadəsi Lilian dünyasını dəyişib. 97 yaşında vəfat edən şahzadə Stokholmdakı evində vəfat edib

Aktrisa olmaq istəyən şahzadə vəfat etdi

İsveç şahzadəsi Lilian dünyasını dəyişib. 97 yaşında vəfat edən şahzadə Stokholmdakı evində vəfat edib




Şahzadənin ölümünün səbəbləri barədə heç bir açıqlama verilmir. Bununla belə son illər onun səhhətində problemlərin olduğu bildirilir.

Qeyd edək ki, şahzadə Lilian Devis 1915-ci ildə dünyaya gəlib. Aktrisa və model olmağa hazırlaşan Lilian 1943-cü ildə Bertil ilə tanış olub. Kral ailəsinin bu evliliyə qarşı çıxmasına baxmayaraq cütlük bir yerdə yaşayıb. Onlar ancaq 1976-cı ildə evlənmək mümkün olub. Bu zaman İsveçi artıq 16-cı Qustav idarə edirdi.

2000-ci ildə "Bertil ilə həyatım" adlı xatirələrini çap etdirib. 2006-cı ildən isə şahzadə Lilian səhhətindəki problemlərə görə hətta Nobel mükafatının təqdimat mərasimlərində də iştirak etməyib.

Elnarə Əlosmanqızı
AzNews.az